[:az]Almaniyada Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəyli həbsdən azad edilib. O, ötən ilin noyabrında qeyri-leqal miqrasiyanın təşkili ittihamları ilə bağlı barələrində cinayət işi açılmış 8 Azərbaycanlı arasında idi.
İş Azərbaycan vətəndaşı – Xəlilbəylinin sürücüsü Rəşad Məmmədovun şikayəti əsasında başlamışdı.
Basta2.com saytının məlumatına görə, Xəlilbəyli Konlensk Məhkəməsinin ilk iclasındaca bəraətverici əsaslarla azad edilib.
“Qeyri-leqal miqrasiya haqqında iş” Azərbaycanda böyük rezonans doğurub. Hakimiyyətyönlü KİV-lər və bəzi siyasi mühacirlər bu işdə Müsavat Partiyasını və Azərbaycanın digər müxalifət qüvvələrini bu işdə əli olmaqda ittiham etməyə tələsiblər.
Turan[:]