[:az]Bazar ertəsi Səbayel Rayon Məhkəməsi jurnalist Polad Aslanovun ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin etməyib. Bu barədə onun xanımı Gülmirə Aslanova Facebook səhifəsində yazıb.
Bundan öncə o qeyd etmişdi ki, Polad istintaqın qərəzli olduğuna etiraz edərək ifadə verməkdən imtina edib.
* Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi güc strukturlarında korrupsiya haqqında yazıları ilə bağlıdır.
Turan[:]