[:az]Vəkillər Kollegiyası üzvündən verilmiş şikayətlə bağlı şərh vermir[:]

tərəfindən Gozetci

[:az]Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovdan şikayət və intizam komissiyasında bu şikayətə baxılması haqqında məlumatı təsdiq edib.

Kollegiyanın rəyasət heyətinin üzvü Sənan Şirinov Turan agentliyinə bildirib ki, şikayətin müəllifi və məzmunu haqqında məlumatı açıqlaya bilməz. “Bu barədə intizam komissiyasının üzvləri və vəkil özü məlumatlandırılıb”, deyə Şirinov bildirib.

Sadıqov şikayəti baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyini bildirmişdi. Şikayət Sadıqovun Facebook-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin qəsdən avtomobillə vurulması haqqında şəxsi fikrini bildirdiyi statusu ilə bağlı verilib.

Prokurorluq Usubovun vəkildən şikayət verməsi faktı ilə bağlı şərh verməyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az