Siyahıya 112 nəfərin adı daxil edilib
Press-reliz, 25 noyabr 2019-cu il
Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti Siyahısını təqdim edir. Sənəd 25 noyabr 2019-cu ilədək olan dövrü əhatə edir[1].
Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 112 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır.
Siyasi məhbus kimi tanınmış 112 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
– 5-i jurnalist və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),
– 7-si siyasi və ictimai fəallar (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov),
– 45-i inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Faiq Allahverdiyev, Məhəmmədəli Axundzadə, Əhsən Nuruzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev),
– 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
– 1-i siyasi girov (Emin Saqiyev),
– 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).
– 48-i Gəncə işi ilə bağlı tutulanlar (Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Alim Yusifov, Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Oktay Hüseynzadə, Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Gülmirzə Nurzadə, Riyad Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Cabir Əzizov, Aqşin Əsgərov).
İşçi Qrup hazırda məhkəməsi gedən 11 nəfərin işləri üzrə məhkəmə proseslərinin monitorinqini aparır və sənədlərini araşdırır. Onların əksəriyyəti 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində keçirilmiş dinc etiraz aksiyası ilə bağlı tutulanlardır. Bu siyahıya aşağıdakılar daxildir:
– 1-i jurnalist (Şəfəq Ağabalayeva),
– 9-u Gəncə işi ilə bağlı tutulanlar (Firudin Zeynalov, Orxan Hüseynov, Səxavət Əhmədov, Rasim Heydərov, Mirməcid Abbasov, Ariz Feyzi-Zadə, Elmir Məmmədov, Nofəl Məmmədov, Eltun Əliyev),
– 1-i “digərləri” (Renad Əliyev).
Hesabat dövründə azadlığa buraxılanlar
İşçi Qrupun 03 sentyabr 2019-cu ildə təqdim etdiyi sonuncu hesabatdan sonra Siyahıda adları olan 8 nəfər azadlığa buraxılıb. Onlardan 5-i (Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədov, Əliabbas Rüstəmov) məhkəmə qərarı ilə, 3-ü (Rza Ağalı, Ziya Tahirov, Asif Yusifli) isə cəza müddəti bitdiyi üçün azad edilib. Bu dövrdə bir nəfər – Eşqin Quliyev həbsdə ikən ağır xəstəlikdən (QİÇS və Hepatit C) vəfat edib.
Hesabat dövründə siyasi məhbus kimi tanınanlar
İşci Qrupun 03 sentyabr 2019-cu il tarixli sonuncu hesabatından sonra 2 nəfər (Paşa Umudov və Aqşin Əsgərov) siyasi məhbus kimi tanınaraq Siyahıya əlavə edilib.
AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana səfəri
5 sentyabr 2019-cu ildə AŞPA-nın Azərbaycanda siyasi məhbusların işləri üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir hazırlayacağı Hesabatdan öncə siyasi məhbusların işləri ilə yaxından tanış olmaq üçün Bakıya 3 günlük faktaraşdırıcı səfər edib. Səfər zamanı məruzəçi siyasi məhbuslar Taleh Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəyli ilə görüşüb. Bundan başqa o, İşçi Qrupun təmsilçiləri də daxil olmaqla, hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, həmçinin hökümət rəsmiləri ilə görüşərək siyasi məhbusların işlərini müzakirə edib. Səfərin yekunları ilə bağlı yaydığı bəyanatda Məruzəçi hazırlayacağı hesabatı ilin sonuna qədər AŞPA-nın Hüquq Məsələləri Komitəsinə təqdim edəcəyinə ümidini bildirib. İşçi Qrupun əldə etdiyi məlumata görə sənəd bu günlərdə Komitəyə təqdim olunacaq. İşçi Qrup Hesabat üzərində işlə bağlı S.Torhildur və onun ofisi ilə sıx əməkdaşlıq edir.
Siyasi motivli inzibati həbslər
İşçi Qrup hesabat dövründə yalnız iki şəxsi siyasi məhbus kimi tanısa da, təəssüf ki, uzun illərdir, siyasi motivli cinayət işlərinə alternativ olaraq tətbiq edilən inzibati həbslər hesabat dövründə dramatik şəkildə artıb. Ölkə müxalifətinin 19 oktyabrda Bakının mərkəzində keçirdiyi dinc etiraz aksiyasından öncə və sonra tutulmuş 40-a yaxın fəal inzibati həbs cəzasına məhkum edilib (həmçinin onlarla şəxs inzibati qaydada cərimələnib). Bu həbslər müxtəlif bəhanələrlə həyata keçirilsə də, Daxili İşlər Nazirliyinin açıqlamasından və dövlət rəsmilərinin çıxışlarından bu həbslərin arxasında siyasi motiv – etiraz aksiyalarının kütləviliyinin qarşısını almaq məqsədi aydın görünür. Təkcə son bir ildə keçirilən və ya keçirilməsi planlaşdırılan etiraz aksiyaları ilə bağlı 100-dən artıq ictimai-siyasi fəal inzibati şəkildə həbs edilib.
İşçi Qrup siyasi motivli inzibati həbslərin artıq praktikaya çevrildiyini və kütləvi xarakter aldığını nəzərə alaraq, beynəlxalq qurumları fundamental insan haqlarından biri olan toplaşmaq azadlığına qarşı yönəlmiş bu praktikaya son qoymaq üçün Hökumətə təzyiqləri daha da artırmağa çağırır.
Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının
hazırlanması üzrə İşçi Qrup
[1] 2019-cu ildə yenilənmiş öncəki siyahılar fevral və sentyabr aylarında təqdim edilib.
smdtaz.org