[:az]Noyabrın 19-da Müsəlman Birliyi Hərəkatın sədr müavini Elçin Qasımov Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb.
Bu barədə Turana Qasımovun özü məlumat verib. Onun sözlərinə görə, çağırışın səbəbləri haqqında heç bir məlumatı yoxdur. “Zəng vurub çağırıblar. Səbəb barədə bir söz deyilmədi. Hazırda idarəyə gedirəm”, – deyə Qasımov bildirib.
Elçin Qasımov Nardaran hadisələri ilə bağlı 2015-ci ilin noyabrın 5-də həbs edilib. O, əvvəl inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu. Həbs müddəti zamanı ona qarşı cinayət işi açıldı. 2017-ci ilin dekabrın 28-də E.Qasımov Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələr üzrə təqsirli bilinərək 16 il azadlıqdan məhrum olunub.
2019-cu ilin mart ayında əfv fərmanı ilə azadlığa buraxılıb.
Turan[:]