[:az] Polad Aslanov ifadə verməkdən imtina edib[:]

tərəfindən Gozetci

[:az]Şənbə günü DTX-nın İstintaq Təcridxanasında jurnalist Polad Aslanov dindirilib. Dindirmədə vəkil Osman Kazımov da iştirak edib. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib.

“Lakin Polad Aslanov istintaqın qərəzli aparılmasına etiraz edərək bir daha ifadə verməyəcəyini bildirdi. 5 aydan çoxdur ki, o, DTX-nın istintaqı altındadır. Bu müddətdə onun günahını  sübut edən heç bir fakt təqdim edilməyib”, – G.Aslanova  şənbə günü təcridxanada həyat yoldaşı ilə görüşdən sonra bildirib.

“Polad Aslanov bildirdi ki, jurnalistdir, fəaliyyəti göz önündə olub, dövlətə xəyanət edəcək heç bir əməli olmayıb”, – G.Aslanova qeyd edib.

Onun sözlərinə görə, özünün və P.Aslanovun ölkə rəhbərliyinə, DTX rəisinə, baş prokurora və digər vəzifəli şəxslərə müraciətləri nəticəsiz qalıb.

*Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az