[:az]Əliabbas Rüstəmovun kassasiya şikayəti təmin edilmədi[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan hüquqşünas məhkəməyə gətirilməyib

Oktyabrın 23-də Ali Məhkəmədə Əli Seyfəliyevin sədrliyi ilə hüquqşünas Əliabbas Rüstəmovun kassasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsi martın 1-də Əliabbas Rüstəmovun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizəsini təmin etməmişdi. Bununla bağlı o, Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmədə vəkil Zibeydə Sadıqova Əliabbasov Rüstəmovun iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb. Bununla bağlı o, Əliabbas Rüstəmovun müraciətini hakimə təqdim edib. Ancaq hakim vəsatət qəbul etməyib.

Ardınca vəkil kassasiya şikayətini müdafiə edib:

“Əliabbas Rüstəmov tanınmış hüquqşünasdır, siyasi motivlərlə həbs olunub, 6 ilə yaxındır həbsdədir, azadlığa çıxmasına da bir neçə ay qalıb, ona görə Ali Məhkəmə şikayəti təmin etsin. Cəzaçəkmə Müəssisəsi islahat olunmadığını söyləsə də, hansı əsaslara söykəndiklərini qeyd etməyiblər. Çünki Əliabbas Rüstəmov haqqında töhmət yoxdur, özünü yaxşı aparıb”.

Dövlət ittihamçısı isə Cəzaçəkmə Müəssisəsinin Əliabbas Rüstəmovun islah olunmaması haqqında iddiasını müdafiə edib.

Bundan sonra məhkəmə yerində müşavirə edəndən sonra vəsatətin qəbul edilməməsi barədə qərar qəbul etdi.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir.

Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az