[:az]Siyasi məhbus, AXCP Gənclər Komitəsinin funksioneri Fuad Əhmədlinin səhhətində problemlər yaranıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı özünün Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, F.Əhmədli Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, Fuad Əhmədli 17 avqust 2018-ci ildə “əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarını pozmaq”, xüsusən, “Azərfon” mobil rabitə şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs edilib.
Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Əhmədli 2017-ci il iyunun 16-da 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Fuad Əhmədli hüquq müdafiəşiləri tərəfindən siyasi məhbus kimi tanınıb.[:]