[:az] Eşqin Quliyevin ölümünün səbəbləri açıqlanıb[:]

tərəfindən Gozetci

[:az]“Təcridxanaya immun çatışmazlığı infeksiyasının 4-cü klinik mərhələsi diaqnozu ilə daxil olub”

Penitensiar Xidmət sentyabrın 29-da vəfat edən məhkum Eşqin Quliyev haqqında məlumat yayıb.

Eşqin Quliyev Gəncə hadisələrinə görə həbs edilmişdi.

Penitensiar Xidmət bildirib ki, Eşqin Quliyev ötən ilin avqustun 9-da Bakı İstintaq Təcridxanasına daxil olub:

“Tibbi müayinədən keçirilən Eşqin Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə keçirilib. Müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb. Bu il sentyabrın 27-də “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödəmi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq sentyabrın 29-da saat 15.20 radələrində Eşqin Quliyev vəfat edib”.

Sabunçu Rayon Məhkəməsində sentyabrın 19-da bir qrup “Gəncə məhbus”una hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə keçirilən prosesdə Eşqin Quliyev 20 il azadlıqdan məhrum edilib.

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Məhkəmə önünə çıxarılanlar arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az