[:az]Arlem Dezir Bakıda jurnalistin vəkilinə təzyiqi pisləyib[:]

tərəfindən Gozetci

[:az]ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycanda həbsdə olan siyasi məhbus, jurnalist Əfqan Muxtarlının maraqlarını müdafiə edən vəkil Nemət Kərimliyə təzyiq haqqında məlumatdan narahatlığını bildirib.

“Azərbaycan hakimiyyətini Əfqan Muxtarlının hər-hansı ayrı-seçkiliyə yol verilmədən hüquqi yardım əldə etməsinə zəmanət verməyə çağırıram”, deyə Dezir Tvitter-dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, sentyabrın 22-də Nemət Kərimli cəzaçəkmə müəssisəsinə girərkən və oradan çıxarkən alçaldıcı axtarışa məruz qoyulub. Vəkilin etirazlarına baxmayaraq, onu 50 dəqiqəyə yaxın qeydlərini qanunsuz olaraq tədqiq edənə qədər saxlayıblar. Bundan sonra Penitensiar Xidmət yanlış məlumat yaydığına görə Kərimlini cəzalandırmaq çağırışı ilə Vəkillər Kollegiyasına müraciət edib

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az