[:az]Bakıda “tək adam” aksiyası keçirən gənclə bağlı iki qərar var[:]

tərəfindən Gozetci

[:az]

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən bir neçə gün keçməsinə baxmayaraq azadlığa buraxılmır. Onun vəkili Cavad Cavadovun verdiyi məlumata görə, Hüseynzadə Rəfael Füzuli oğlu Abşeron rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilinib 15 sutka inzibati həbs edilib. Bununla bağlı hakim Faqif Həsənov məhkəmənin qərarını elektron məhkəmə sisteminə daxil etmiş və bizə təqdim etmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və bu qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.
Vəkilin sözlərinə görə, R.Hüseynzadənin inzibati həbs müddəti 17 sentyabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq o azad olunmayıb. Bu gün məlum olmuşdur ki, Abşeron rayon Məhkəməsinin hakimi Vaqif Həsənov polis əməkdaşlarına verdiyi qərarda R.Hüseynzadənin bir ay inzibati həbs verildiyini göstərmişdir. Beləliklə bir iş üzrə iki qərar vardır.
Azərbaycanda “tək adam” aksiyası termini Rafaelin atası Füzuli Hüseynovla bağlıdır. Belə ki, Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə olunub və ona xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az