[:az]Əli Kərimlinin mühafizəçisi oğurlanıb (Yenilənib)[:]

tərəfindən Gozetci

[:az]

“Milli fədailər qrupunun” rəhbəri hadisəni öz üzərinə götürüb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb.

Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar.

AXCP fəalını kimlərin oğurladığı bilinmir.

Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya sədri Əli Kərimlini könüllü şəkildə mühafizə edir.

Bloger Nurlan Libre Fuad Muradovla əlaqə saxlayıb. Bloger danışıqlarının audioyazısını da paylaşıb. Audioyazıdan belə məlum olur ki, Fuad Muradov hazırda Ankarada olduğunu bildirsə də, Ruslan Əmirlinin qaçırılmasında əli olduğunu etiraf edir və Nurlan Librenin təkrarən bir neçə dəfə sualına müsbət cavab verir.

“Qorxacağımız, çəkinəcəyimiz yoxdur. Kimsə bizə dil uzadacaq, dövləti müdafiə edən şəxslərə dil uzadacaq, cəzasını tapacaq. Qoy AXCP-nin gənclərinə görk olsun ki, bizlə heç kim oyun oynamasın”, – Fuad Muradov deyib.

Meydan TV

Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da saat 15:30 radələrində naməlum şəxslər tərəfindən oğurlanıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Kərimlinin özünün sözlərinə görə, son günlər facebook-da “Milli fədailər” qrupunun ailə üzvləri Əmirlini təhdid edirdilər.

“Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib”, deyə Əli Kərimli öz səhifəsində yazıb.

Polis Ruslan Əmirliyinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb, baxmayaraq ki, başqa vaxt sosial şəbəkələrdə tənqidi ifadələrə görə müxalifətçiləri həbs edir.

AXCP-yə növbəti təzyiq dalğası son illər müxalifətin mitinqlərini keçirdiyi Yasamal rayonundakı “Məhsul” stadionunun sökülməsi haqqında məlumatlarla eyni vaxta təsadüf edib. AXCP lideri hakimiyyətin bu addımını müxalifətin etiraz aksiyalarının qarşısını almaq cəhdi kimi qiymətləndirir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az