[:az]Növbəti AXCP fəalı həbs edilib[:]

tərəfindən Gozetci

[:az]Xalq Cəbhəsi Partiyasının (AXCP) Hacıqabul rayon təşkilatının sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs edilib.

AXCP-dən Turan-a verilən məlumata görə, Heydərov avqustun 24-də Hacıqabul rayon mərkəzində (Bakıdan 120 km cənub-qərb) saxlanılıb. Elə həmin gün yerli məhkəmə onu 30 günlük inzibati həbs cəzasına məhkum edib. Gəncin konkret olaraq nədə ittiham olunduğunu atasına deməyiblər.

AXCP-də hesab edirlər ki, gənc facebook-da tənqidi nəşrlərinə görə həbs edilib.

İmaməddin Heydərov son bir həftə ərzində həbs edilən beşinci AXCP üzvü və ya partiya tərəfdarıdır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az