95
[:az]
Dünən axşam saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının sədri Mübariz Əbdülkərimov bu gün 15 gün inzibati həbs cəzasına məhkum edilib.
Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.
Əbdülkərimov bu həftə inzibati qaydada həbs edilən 4-cü AXCP fəalı oldu. Daha bir partiya üzvü cərimə olunub.
Partiya rəhbərliyi baş verənləri ölkənin aparıcı müxalifət qüvvəsinə qarşı yeni repressiya dalğası kimi qiymətləndirir.[:]