[:az]Gəncə işi: ‘O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı'[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbs olunmuş daha 7 nəfərin cəzası azaldıla bilər. Prokuror məhkəmədə bu təkliflə çıxış edib. Söhbət Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Məmmədov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevdən gedir.

Bir həftə öncə Gəncə hadisələriylə bağlı 11-nəfərlik başqa bir qrupun işində olduğu kimi, burada da prokuror ittihamın yüngülləşdirilməsini – CM-in 315.2 maddəsindən 315.1-ə tövsif edilməsini uyğun sayıb. Bu maddənin birinci bəndində hakimiyyət nümayəndəsinə (bu hadisələrdə polisə-red.) müqavimət göstərmə, zor tətbiq etməyə görə, ikinci bəndində isə həm də həyat və sağlamlıq üçün təhlükəli xəsarət yetirmə, zorakılığa görə məsuliyyət nəzərdə tutulub. Cəza müddətləri də fərqlidir.

«Hamımızın qanı bir-birinə qarışmışdı»
Prokuror CM-in 220.1 (kütləvi iğtişaşların təşkili, iştirak etmə) maddəsiylə verilən ittihamın isə olduğu kimi saxlanmasını istəyib. O iddia edib ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.

Bu 7-nəfərlik qrupdan Y.İsmayılzadə 9 il, Z.Məmmədov 8 il 6 ay, İ.Məhərrəmzadə 8 il, A.Yusifov və Q.Qarazadə 7 il 6 ay, E.Əliyev və A.Rüstəmov isə 6 il həbs cəzası alıb. Prokuror bu cəza müddətlərinin 4 il 6 ay-5 il 6 ay azaldılmasını təklif edib. Təqsirləndirilən şəxslərdən E.Əliyevə isə 1 il cəza istəyib.

Prokurorun çıxışı məhkəmə zalında olan valideynləri qane etməyib. Onlar prokurora etirazlarını bildiriblər. Deyiblər ki, övladları günahsızdır, nəinki 4-5 il, heç 1 il də həbsdə qalmamalıydı.

Təqsirləndirilən E.Əliyev də etiraz edib. Deyib ki, ittihamlar da, işdəki ekspert rəyləri də saxtadır.

Ekspert rəylərində Gəncə hadisələri zamanı öldürülən, xəsarət alan polislərin paltarlarında həbs olunan şəxslərin şalvar-köynəklərinə aid liflərin aşkarlandığı bildirilir.

«Bizi gecə-gündüz döyürdülər. O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı. Hamımızın qanlı paltarlarını eyni yerə tökmüşdülər. Sonra da ekspert rəy verir ki, filankəsin paltarında filankəsin paltarının lifi tapılıb», – təqsirləndirilən E.Əliyev belə deyib.

Bu iş üzrə məhkəmə avqustun 8-də davam edəcək.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az