[:az]Azərbaycanda daha bir 17 yaşlı qızın intihar etdiyi bildirilir. Bu barədə Oxu.az hüquq-mühafizə orqanlarından məlumatı əldə edib. Qeyd edilir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb. Məlumata görə qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.
Xəbərdə qeyd edilir ki, qız nənəsi və babası ilə yaşayıb. Atası A,Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub. İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib. A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidə özünü asıb. Nəvənin meyitini nənəsi tapıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı Gözətçi saytı Cəlilabad rayon prokurorluğu ilə əlaqə saxlamaq istəsə də, mümkün olmayıb.
Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur. Məlumat üçün bildirək ki, Gülər nişanlı olub.
Oxu az[:]