[:az]Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun şikayətinə baxılıb.
O, ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayət verib, amma məhkəmə şikayəti təmin etməyib, bu barədə Turan-a onun həyat yoldaşı Gülmira Aslanova bildirib.
Onun sözlərinə görə, DTX-nin İstintaq Təcridxanasında ürək-damar xəstəliklərindən əziyyət çəkən həyat yoldaşının vəziyyəti pisləşib və o, çox arıqlayıb.
Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılır.
Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.
Turan[:]