[:az]Azad Həsənov məhkəmə zalından azad edildi[:]

tərəfindən Gozetci

[:az]Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 5-də Müsavat Partiyasının üzvü Azad Həsənov haqda hökm çıxarıb. Hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Müsavatçı barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Azad Həsənov haqda 6 aylıq sınaq müddəti seçilib.

Prokuror 1,6 ay həbs cəzası istəmişdi. Vəkil Osman Kazımov apelyasiya şikayəti verəcəklərini bildirib.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilirdi. İttiham sübuta yetirilərdisə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyirdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az