[:az]Müsavat fəalı Azad Həsənov aclıq aksiyasını dayandırıb[:]

tərəfindən Gozetci

[:az]Müsavat Partiyası fəalı Azad Həsənov aclıq aksiyasını dayandırıb. Bu barədə Müsavat Partiyası başqanı Arif Hacılı özünün Facebook hesabında məlumat paylaşıb:

“Azad Həsənov Müsavat Partiyasının qərarını, ailəsinin və bizim xahişimizi nəzərə alaraq bu gün aclıq aksiyanı dayandırıb”

Qeyd edək ki,  Azad Həsənov  tələbləri yerinə yetirilmədiyinə görə 10 gün aclıq aksiyası keçirib. O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az