[:az]Xanımı: ‘Polad Aslanovun səhhətində problem yaranıb'[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan xeberman.com sayt-ın redaktoru Polad Aslanov-un səhhətində problemlər yarandığı bildirilir

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova AzadlıqRadiosuna bildirib ki, ərinin səhhətindəki problemlərlə bağlı ona onun özü iyulun 27-də 1 saat davam edən görüşü zamanı bildirib:

“Polad Aslanov ürək-damar xəstəsidir. Hal-hazırda ürəyinin ağrıları dayanmır. O həkim tələb edəndən sonra gəlib müayinə edirlər, lakin” heç nə yoxdur” deyib gedirlər. Amma Polad ürəyinin ağrısından nə qidalana, nə də yata bilir, getdikcə çəki itirir”.

Gülmirə Aslanova qeyd edib ki, yoldaşının həbsi qeyri qanunidir və peşə fəaliyyəti ilə bağlıdır:

“Polad Aslanov yazıları ilə DTX-nin bəzi əməkdaşlarının korrupsiya, monopoliya əməllərini ifşa edib. İndi isə ondan qisas alınır” .

G. Aslanovanın vurğulamasına görə, sayt redaktorunun özü qeyri-qanuni həbsi ilə bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciətlər edib. Müraciətlərə, hələki, cavab yoxdur.

Polad Aslanovun səhhətinin pisləşməsi və lazımı tibbi müalicəni almaması ilə bağlı xanımının dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

G.Aslanovanın ərinin həbsini peşə fəaliyyəti ilə izah etməsi və bununla bağlı səsləndirdiyi fikirlərə də DTX və başqa rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
Amma rəsmilər bir qayda olaraq Azərbaycanda inasanların peşə fəaliyyəti və tənqidi mövqeylərinə görə, həbs edilməsilə bağlı deyilənləri əsassız sayırlar.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az