[:az]AİHM Rəsul Cəfərov, Emin Hüseynov və Səbuhi Qafarovun şikayətlərini təmin edib[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün “Cəfərov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb. AİHM ərizəçilərin Avropa Konvensiyasının 11-ci (birləşmək azadlığı) maddəsində zəmanət verilən hüququnun pozulduğu qənaətinə gəlib və onlara 4500 avro məbləğində pul təzminatı verilməsi barədə qərar çıxarıb.

Şikayət vətəndaş cəmiyyəti fəalları Rəsul Cəfərov, Emin Hüseynov və Səbuhi Qafarov tərəfindən Azərbaycan hakimiyyətinin onların 2011-ci ildə hüquq müdafiə fəaliyyəti həyata keçirmək məqsədilə təsis etdikləri İnsan Hüquqları Klubunu qeydiyyata almaqdan imtinası ilə əlaqədar verilib.

Hakimiyyətin yekun imtina səbəbi kimi “təsis edilmiş QHT-nin təşkilatın sənədlərində qanuni nümayəndəsinin səlahiyyətlərini göstərə bilməməsi” göstərilib.

Yerli məhkəmələr təsisçilərin qeydiyyatdan imtina ilə bağlı şikayətlərini təmin etməyib.

AİHM Azərbaycanın qeydiyyat haqqında milli qanunvericiliyinin aydın ol madığını və fərqli təfsirlərə imkan verdiyini müəyyən edib.

Həmçinin, təsisçilərin Azərbaycanda təqib edildiyi qeyd edilir. Belə ki, Cəfərov 2014-cü ildə iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib.

Qafarov və Hüseynov təqibdən ehtiyatlanaraq ölkəni tərk ediblər.

AİHM ərizəçilərin hüquqlarının pozulduğunu təsdiq edib və onlara ümumilikdə 4500 avro məbləğində təzminat və məhkəmə xərclərinin ödənilməsi üçün əlavə olaraq 2040 avro ödənilməsi barədə qərar qəbul edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az