[:az]17 vəkil qurumlara təhkim edilib[:]

tərəfindən Gozetci

[:az]Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti məcburi qaydada bəzi vəkillərin vəkil bürolarına göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Açıqlamanın mətni VK-nın saytında yer alır.

Bununla bağlı, Rəyasət Heyəti bildirir ki, qurumun qərarı ilə Gəncə, Şəki regionlarında fərdi qaydada fəaliyyət göstərən 17 vəkil fəaliyyət göstərdikləri yerlər üzrə vəkil qurumlarına təhkim edilliblər:

“… Vəkillərin bir qismi fəaliyyət göstərməli olduqları ərazilərdə deyil, paytaxtda fəaliyyət göstərməklə vəkillərin sayının az olduğu həmin regionlarda əhalinin peşəkar hüquqi yardıma çatımlılığına mənfi təsir göstəriblər…. Müvafiq regionda fərdi qaydada fəaliyyət göstərən vəkillər həmin regionlara onların könüllü müraciəti əsas götürülməklə Rəyasət Heyətinin qərarı əsasında göndərilib”.

Açıqlamaya görə, vəkillərin bir qismi də qanuna əsasən, müdafiə edilən şəxslər qarşısındakı məsuliyyətlərinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabına aylıq gəlirlərindən 2 faiz məbləğ keçirməli olduqları halda, bu vəzifələrini icra etməyiblər:

“Gələcəkdə oxşar pozuntu hallarının qarşısının alınması məqsədilə Rəyasət Heyəti pozuntuya yol vermiş vəkillərə münasibətdə intizam tənbeh tədbiri seçməyərək onlara xəbərdarlıq etmiş və əslində fəaliyyət göstərdikləri regionlarda yerləşən vəkil qurumlarına göndərmişdir”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az