[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyyətinin üzvü Ayaz Məhərrəmli ölkə xaricinə buraxılmadığını bildirir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən A. Məhərrəmlinin sözlərinə görə, bir ildən çoxdur onun ölkədən çıxışına məhdudiyyət qoyub . O düşünür ki, bu məhdudiyyəti Daxili İşlər Nazitliyi (DİN) tədbiq edib. “Bu barədə mənə artıq 5-ci dəfədir ki, Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verilib. DİN-ə həm sorğu, həm də ərizə ilə dəfələrlə müraciət etsəmdə, heç bir cavab ala bilməmişəm” .
A. Məhərrəmli əlavə edib ki, bir neçə gün əvvəl Ombusman Aparatından ona bildirilib ki, qurum məsələ ilə bağlı DİN-ə sorğu göndərilib: “Sorğuya cavab olaraq bildirilir ki, ölkədən getməyimə DİN tərəfindən məhduduyyət mövcud deyil. Lakin məni iyulun 19-da Xaçmaz rayonunun Samur Keçid Məntəqəsindən növbəti dəfə geri qaytardılar” .
Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və başqa rəsmi qaurumlardan münasibət öyrənmək,hələlik mümkün olmayıb.
Azadlıq Radiosu[:]