[:az]AXCP Hacıqabul şöbəsinin üzvləri zorla polis şöbəsinə aparılıblar.[:]

tərəfindən Gozetci

[:az]Dünən AXCP Hacıqabul rayon şöbəsinin sədri Heydərov Kamal Hacıqabul rayon polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığı bildirilir. Bu barədə partiyanın rayon şöbəsinin fəalları məlumat veriblər. Partiya üzvlərinin bildirdiyinə görə səbəb AXCP Hacıqabul rayon şöbəsinin AXCP-nin yaranmasının 30-illiyi münasibətilə tədbir keçirməsi olub.

Polis şöbəsində polis əməkdaşları və icra hakimiyyətinin nümayəndələri Heydərov Kamalı ağır söyüşlərlə təhqir edildiyi deyilir. Axşama yaxın sərbəst buraxılan şöbə sədri Heydərov Kamal, təşkilatın fəal üzvülərindən Əliyev Natiq, Tağıyev Tarzan və başqa 20-yə yaxın partiya üzvü bu gün səhər polis əməkdaşları tərəfindən zorla polis şöbəsinə aparılıblar. Daha bir neçə partiya fəalları polis əməkdaşları tərəfindən axtarıldığı bildirilir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az