[:az]Keçmiş siyasi məhbus Murad Ədilov izlənildiyini bildirir[:]

tərəfindən Gozetci

[:az]

Foto: Murad Ədilov Facebook hesabı

AXCP mətbuat katibi Natiq Ədilovun qardaşı, keçmiş siyasi məhbus Murad Ədilov polislər tərəfindən izlənildiyi bildirilir. Bu barədə Natiq Ədilov özünün “Facebook” hesabında məlumat paylaşıb. O, bildirib ki, M.Ədilov rayon mərkəzinə getmək istəyərkən izlənildiyinin fərqinə varıb, bu səbəbdən geri qayıdıb. Natiq Ədilov qardaşın yaşadığı evin polis tərəfindən müşahidə edildiyini bildirir.

“Bir daha burdan xəbərdarlıq edirəm. Murada sözünüz var, bunu qaçaq-quldur kimi etməyin, rəsmi çağırış yollayın getsin. Yaxud özünü belə oğrun-oğrun yox, adam kimi gedin evə sözünüzü deyin.
Mənə deyəcəyiniz varsa, telefonum, yerim, ünvanım bəllidir”- Natiq Ədilov bildirib.

Murad Ədilov özü də “Facebook” hesabında təsərrüfatla məşğul olduğunu vurğulayaraq polislərin ondan əl çəkməsini tələb edib.

Qeyd edək ki, Murad Ədilov keçmiş siyasi məhbusdur. O 2014-cü ildə narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Bu ilin 16 mart tarixində isə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az