[:az]AXCP üzvü saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]İyulun 8-dә Xalq Cəbhəsi Partiyasının Masallı rayon təşkilatının üzvü Araz Məmmədov saxlanıb.

Bu barədə Amerikanın Səsi məlumat verib.

Partiyadan bildirilib ki, cəbhəçi fəal Masallı Rayon Polis Şöbəsinə aparılıb və artıq bir neçə saatdır ondan heç bir xəbər yoxdur.Saxlanma səbəbi isə bilinmir.

Mәsәlә ilә bağlı Daxili İşlәr Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, keçən həftə AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonunda yaşayan Sahib Rüstəmli saxlanmışdı. O, bir neçə saat saxlandıqdan sonra azadlığa buraxılmışdı.  AXCP üzvü sosial şəbəkələrdə yazdıqları ilə bağlı sorğu-sual olunduğunu bildirmişdi.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az