114
[:az]Müdafiə naziri Zakir Həsənov etiraf edib ki, milli ordunun təlimləri zamanı buraxılmış mərmi Gəncə şəhərində yaşayış evinə düşüb.
Bu gün jurnalistlərlə görüşdə o bildirib ki, “bu, təlim mərmisi idi”. O, döyüş mərmisi olsaydı tələfat qaçılmaz olardı.
Nazir iddia edir ki, mərmi qayaya dəyib, 18 km-ə yaxın sıçrayaraq evə düşüb. Bu hadisə ilə əlaqədar təlim dayandırılıb. Hadisə yerində komissiya işləyir, hadisənin səbəblərini araşdırır.
Müdafiə Nazirliyi ev sahibinə dəyən ziyanı ödəyəcək, deyə nazir bildirib.
TURAN[:]