[:az]6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkan AXCP üzvü Babək Həsənovla digər məhbusların ünsiyyət qurmasına icazə verilmir.
Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat verib. Partiya sədrinin bildirdiyinə görə, Babək Həsənov tam təcrid vəziyyətdə saxlanılır. Hətta Müsəlman Birliyi Hərəkatının üzvü siyasi məhbus Əhsən Nuruzadə rəhbərliyin bu qadağasını pozub Babək bəylə əlaqə saxladığına görə “karsa” salınıb.
Əli Kərimlinin bildirdiyinə görə, Əhsən Nuruzadənin belə sərt cəzalandırılmasının səbəbi digər məhbusları qorxudub Babək Həsəovla əlaqə qurmaqdan imtinaya məcbur etməkdir.
Babək Həsənov müxalifətin maliyyələşməsi işi ilə bağlı 25 may 2018-ci ildən, Müsəlman Birliyi hərəkatının koordinatoru Əhsən Nuruzadə isə narkotik ittihami ilə 6 oktyabr 2017-ci ildən həbsdədir. Babək Həsənov 3 il müddətinə, Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs Azərbaycanda Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrup tərəfindən siyasi məhbus kimi tanınıb.[:]