[:az]”Onun mədəsində də problem var”
“Müsəlman Birliyi” Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəza Çəkmə Müəsisəsində cərimə kamerasına salınıb.
Bu barədə onun anası Zeynəb Hüseynova məlumat verib.
Onun sözlərinə görə, hadisə ötən həftənin şənbə günü baş verib.
“Ötən həftənin 6-cı günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də, Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bugünə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O, oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var,” – deyə Zeynəb Hüseynova diqqətə çatdırıb.
Ana bildirib ki, bundan əlavə, o, birinci dəfə tutulanda işgəncələrə məruz qalmışdı və dizlərində ağrılar əmələ gəlmişdi:
“Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacam gedim onunla görüşüm”.
Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
MEYDAN TV[:]