[:az]Şüvəlandakı köçkünlər 27 ildir susuzluqdan əziyyət çəkirlər[:]

tərəfindən Gozetci

[:az]Bu evlərdə boş qab-qacaq tapmazsınız. Bütün qablar su ilə doldurulub. Həftədə bir dəfə Şüvəlandakı keçmiş sanatoriyalara gələn su maşını qabları doldurub, gedir. Sakinləri isə bir həftəyə bu su ilə evi dolandırmaq qayğısı alır.

Suyu Azərsu Açıq Səhmdar Cəmiyyəti pulsuz gətirir. Burada yaşayan 30-a yaxın ailənin hər birinə 300 litr su düşür. Bir həftəyə bu su ilə baş etməyənlər 10 manatdan çənə su vurdurmalı olurlar.

Bu ərazidə yaşayanların əksəriyyəti məcburi köçkünlərdir. Deyirlər, problemləri təkcə su deyil, kanalizasiya xətti yoxdur, bina da qəzalı vəziyyətdədir.

Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, Bakıətrafı qəsəbələrin su və kanalizasiya sisteminin təmiri, bərpası, yenidən qurulması ilə bağlı 2035-ci ilə qədər master plan işlənib. Layihə 2011-ci ildən icra olunur. Azərsu-dan bildiriblər ki, qəsəbələrdə su və kanalizasiya sistemi ilə bağlı problemlər mərhələli şəkildə həll olunacaq. Şüvəlan qəsəbəsinin su, kanalizasiya sisteminin qurulması ilə bağlı işlər də planda var. Amma bu nə vaxt baş verəcək, vaxt açıqlanmır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib ki, ilkin olaraq qəzalı şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. O əlavə edib ki, Şüvəlanda sanatoriyalarda yaşayan məcburi köçkünlərin vəziyyəti Dövlət Komitəsinin diqqətindədir və bu istiqamətdə işlər görülür. İbrahim Mirzəyev vurğulayıb ki, sanatoriyalarda məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.

İstilər düşdükcə sakinlərin suya daha çox ehtiyacı olur. Amma məhəlləyə gələn su maşını yenə də həftədə bir dəfə gəlir.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az