[:az]Anar Məmmədovun apelyasiya şikayətinə baxılıb[:]

tərəfindən Gozetci

[:az]Vəkil 3 şahidin yenidən dindirilməsini istəyib

Bakı Apelyasiya Məhkəməsində mayın 8-də hakim Rizvan Səfərovun sədrliyi ilə “Criminal.az” saytının baş redaktoru  şikayətinə baxılıb.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov 3 şahidin yenidən dindirilməsi barəsində vəsatət qaldırıb.

Vəkil vəsatətini saytda xəbərləri oxuyub həyacan keçirən Məlahət Məmmədova və Samirə Canıyevanın birinci instansiya məhkəməsində verdikləri ifadələrin məhkəmə-iclas protokolunda saxtalaşdırılması və təhrif edilməsi ilə əsaslandırıb.

Vəkil bundan başqa əlavə şahid qismində dindirilmiş ekspert Əliyev Bəxtiyar Əbdülrəhman oğlunun ali təhsil alması barədə diplomunun Təhsil Nazirliyindən istənilməsini xahiş edib.

“Çünki Bəxtiyar Əliyev cinayət işində politoloji rəy verdiyi halda heç bir politoloji ixtisası yoxdur, bu baxımdan onun rəy verməsi qanunla qadağandır”, – vəkil deyib.

Elçin Sadıqov məhkəmədə bildirib ki, birinci instansiya məhkəməsi 10 aprel qərarı ilə iclas protokollarına qeydləri təmin etməyib və buna heç bir əsas göstərməyib.

“Qanuna əsasən protokollara qeydlər təmin edilmədiyi halda belə məhkəmə həmin qeydlərin işə daxil edilməsi barədə qərar qəbul etməlidir. Lakin belə bir qərar qəbul edilməyib. Məhkəmə apelyasiya araşdırmasına istintaq yolu ilə baxsın”.

Məhkəmə vəsatətləri təmin etməyib. Proses mayın 22-nə qədər təxirə salınıb.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, A.Məmmədov 5 i 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib.

O, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

A.Məmmədov son sözündə günahsız olduğunu söyləyib: “Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az