[:az]Meydan TV-nin bloklanması qərarı qüvvədə qalıb[:]

tərəfindən Gozetci

[:az]Apelyasiya Məhkəməsi birinci instansiyanın qətnaməsini dəyişməyib

Bakı Apelyasiya Məhkəməsi aprelin 23-də Meydan TV saytının bloklanması ilə bağlı şikayətinə baxıb.

Hakim Etibar Nəbiyevin sədrlik etdiyi prosesdə birinci məhkəmə instansiyasının qətnaməsi qüvvədə saxlanılıb.

Səbail Rayon Məhkəməsi 2017-ci ilin 12 may tarixində Meydan TV-nin bloklanması haqda qərar çıxarıb.

2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az