99
[:az]Bu gün Elmlər Akademiyası metrosu yaxınlığında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun 14 yaşlı qızı Sənay Yağmura Tural Qarayev adlı şəxs tərəfindən hücum olub. Bu barədə Fuad Qəhrəmanlı və Zümrüd Yağmur sosial şəbəkədə məlumat verib. Zümrüd Yağmur, həmçinin, hadisənin video yazısınını paylaşıb. Videodan da görünür ki, Sənay Yağmura hücum edən Tural Qarayev onu vurur, təhqir edir, birinci vitse-prezident Mehriban Əliyevadan üzr istəməsini tələb edir, yoldan keçənlər isə onun qarşısını almağa çalşır. Sosial şəbəkə fəalları hadisənin araşdırılmasını, qısa vaxtda hüquqi addımlar atılmasını, bunu törədən şəxsin məsuliyyətə cəlb edilməsini tələb edir.[:]