[:az]Cəlilabadda etiraz aksiyası keçirilir[:]

tərəfindən Gozetci

[:az]Hazırda Cəlilabad rayonunun Muğan kəndində (keçmiş Svetlaya Zarya sovetliyi) yerli əhali etiraz aksiyası keçirir.

Bu barədə Arqument.Az-a kənd sakini Zakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi məhsulun (kartofun) satışına yaradılan əngəldir: “Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”.

Məlumatda daha sonra vurğulanır ki, hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib.

Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.

İcra Hakimiyyətindən aksiya ilə bağlı münasibət öyrənmək mümkün olmayıb

TOPLUM TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az