[:az]Avropa Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 30-dan çox şikayəti araşdırmağa başlayıb.[:]

tərəfindən Gozetci

[:az]Avropa Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş, baxılmasını gözləyən 2000-dən artıq şikayətin 30-nu araşdırmağa başlayıb.

Hərbi bilet ala bilmədiyinə görə, ali məktəbə sənəd verə bilməyən leriklinin şikayəti

AİHM-in araşdırdığı şikayətlərdən biri hərbi xidmətə qismən yararlı hesab edilən Nəsimi Musayevin ərizəsi ilə bağlıdır.

Lerik rayonunun hərbi-tibbi qurumu ərizəçini hərbi xidmətə qismən yararlı saysa da ona zamanında hərbi bilet verilməsini yubadıb. N. Musayev də bu üzdən ali məktəbə qəbul imtahanına buraxılmayıb. Onun yerli məhkəməyə şikayətləri isə təmin edilıməyib. N.Musayev dövlətin onun təhsil və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu iddia edir.

Yahova Şahidləri-nin polisə aparılmasından şikayət

Araşdırılan daha 4 şikayəti Yahova Şahidləri dini icmasının üzvləri olan Nicat Pənahov, Şəhla Atamova, Mühparə Cəfərova və Lalə Yusifova göndərib.

Ərizəçilər nəql edir ki, 2013-c ilin mayında üzvü olduqları dini icmanın Şəmkirdə keçirilən toplantısına basqın olub. Yerli polis idarəsinin əməkdaşları onları zorla polisə aparıblar. Bir neçə saat sorğulanan dini icma üzvləri rəsmi xəbərdarlıq edilməklə bir neçə saatdan sonra sərbəst buraxılıblar. Ərizəçilər bunun qanunsuzluğunu yerli məhkəmələr qarşısında mübahisələndiriblər, ancaq məhkəmə onlaraın başına gələnləri qanuni sayıb.

Şikayətçilər hesab edir ki, hökumət onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət, din azadlığı, birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

25 LGBT üzvü

AİHM-in araşdırdığı 25 şikayəti isə LGBT toplumunun üzvləri göndəriblər. A və daha 24 nəfər Azərbaycana qarşı şikayətdə 2017-ci ilin ortalarında polisin onları saxlamasından bəhs edilir.

Ərizəçilər iddia edirlər ki, onların saxlanılması üçün heç bir qanuni əsas olmayıb, yalnız cinsi mənsubiyyətlərinə görə basqıya məruz qalıblar. Onlar polis tərəfindən pis rəftara məruz qaldıqlarını, zorla tibbi müayinə edildiklərini, ölkəiçi məhkəmələrin bütün bunlara görə gərəkli hüquqi addımlar atmadığını bildirirlər.

25 ərizəçi hesab edir ki, onların onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquqi müdafiə vasitələri, ayrı-seçkiliyin qadağa olunması hüquqları pozulub.

Bu barədə məlumatı hüquqşunast Xalid Ağali sosial şəbəkədə bildirib.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az