[:az]Cəbhəçilərin saxlanması davam edir[:]

tərəfindən Gozetci

[:az]Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir neçə fəalının saxlandığı deyilir.

Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat veriblər.

AXCP-dən yayılan məlumata görə, fəallardan Nicat Abdullazadə, Fərid Əsədov və Əli İmanxanlı bu partiyanın Suraxanı şöbəsinin gənclər təşkilatının sədri Xəlqi Hüseynə baş çəkməyə gediblər. « X.Hüseyn bir müddətdir ki, xəstəxanada yatır. O, insult səbəbindən bir neçə gün komada olub. Odur ki, onlar partiya yoldaşına baş çəkmək üçün xəstəxanaya gediblər, xəstəxanadan geri qayıdanda saxlanıblar», – deyə partiyadan qeyd ediblər.

AXCP-dən deyiblər ki, F.Əsədov və Ə.İmanxanlı bir-iki saatdan sonra sərbəst buraxılıb, N.Abdullazadə isə qalıb: «Çox güman ki, bu gün, martın 7-də hakim önünə çıxarılar. Bizə deyilənə görə, onları Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. İnzibati cəza və ya cərimə edilə bilər. Hələ ki, məhkəmə olmayıb, bunlar ehtimallardır».

Bu deyilənlərə, hələlik, Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bu gün bəlli olub ki,  dünən – 6mart saat 18:00da Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin çıxardığı  qərarla Nicat Abdullazadəyə 15 sutka inzibati həbs verilib.

AXCP-dən vurğulayıblar ki, N.Abdullazadəyə qədər bu ilin əvvəlindən onların 45 fəalı inzibati hüquq pozmalarında günahlandırılaraq 10-30 sutka arası həbs ediliblər.

Xatırlatma
Bu partiyanın 10-dan çox fəalı isə son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. AXCP onların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edildiyini açıqlayıb.

Azərbaycan rəsmiləri isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

 

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az