[:az]Ev alarkən aldadılanların taleyi hələ də həll olunmayıb[:]

tərəfindən Gozetci

[:az]Martın 5-də “GEN” MMC tikinti firmasının aldatdığı adamlar Prezident Administrasiyası qarşısında aksiya keçiriblər. 12 ildir eyni məkanda toplaşanlar eyni tələbi irəli sürürlər.

“Bir adama bir ev də verilmədi. Bizim nə qədər yaşlı adamlarımız var idi. İnfarktdan ölən, özünü öldürən oldu. Küçələrdə qalıb, kirayələrdə can verənlərimiz oldu. O evsizlərdən biri də elə mənəm. Uşaqlarımın yanında üzü qarayam. Mən dövlətimə etibar edib, pulumu vermişəm. Mən nə bilim ki, mənim dövlətimin xəbəri yoxdur şəhərin göbəyində tikilən evlərdən”-şikayətçi danışır.

2007-ci ildə “GEN” MMC-yə pul ödəyib ev almaq istəyən 377 vətəndaş aldadılıb və onların pulu mənimsənilib. Şikayətlərdən sonra şirkət rəhbəri həbs olunub. Ancaq indiyə qədər zərərçəkənlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.

Şikayətçiləri bu dəfəki aksiyaya həvəsləndirən ölkə başçısının son addımları olub. Onlar düşünürlər ki, artıq baş verənlərdən prezidentin də xəbəri olur.

“13 ildə getmədiyimiz yer qalmayıb. Prezident Aparatının qabağı olsun, Ağır cinayətlər məhkəməsi, İcra hakimiyyətləri – hər yerə getmişik. Amma səsimizi eşidən olmayıb. İndi gördük ki, prezident mədəniyyət işçilərini qəbul edir. Bax, onu görəndən sonra çox qürur duyduq. Ona inamımız artdı. Gəldik ki, bəlkə prezidentimiz işimizi həll elədi”- zərəçəkən Gülnaz xanım deyir.

Prezident Adminstrasiyasından zərərçəkənlərə onların işi ilə bağlı danışıqlar getdiyi deyilib və növbəti həftələrdə yenidən gəlmələri tövsiyə olunub.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az