[:az]Azərbaycan prezidentinin cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması üzrə tədbirlər haqqında fərmanı qəbul etməsindən ötən 2 il ərzində məhkəmələr 6 min məhbusun işinə baxıb. Bu barədə dünən Məhkəmə-Hüquq Şurasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, 4200 nəfərdən çox şəxs cəzadan azad edilib və ya cəza müddəti azaldılıb.
Alternativ cəzanın tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanıb. Artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.
Bundan başqa, qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar bir məhkəmə sədri daxil olmaqla, 6 hakimə töhmət verilib.
2005-ci ildən indiyə qədər 250 hakim barəsində intizam icraatı başlanıb. Bu zaman 14 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
TURAN[:]