[:az]AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanov 15 sutka müddətinə inzibati həbsə məhkum edilib. S.Qurbanlı barəsində fevralın 25-də Səbail rayon məhkəməsi qərar çıxarıb.
S.Qurbanlı fevralın 24-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət edilib. Qurbanov polisin çağırışı ilə 8-ci Polis Bölməsinə gedib. Onu oradan Səbail Polis İdarəsinə aparıblar. Fevralın 25-də isə məhkəmə önünə çıxarıblar.
S.Qurbanlı bu il yanvarın 20-də də 20 sutka müddətinə həbs edilmişdi.
S.Qurbanlıdan başqa AXCP-nin bir neçə nəfər mitinq təşkilatçısı olan üzvü də inzibati qaydada həbs edilib. Partiyadan bildirilir ki, mitinq təşkilatçısı olan fəalların əksəriyyəti təqib altındadır, hər an həbs oluna bilərlər.
azadliq.info[:]