87
[:az]AXCP Beyləqan Rayon Şöbəsinin fəalı Ayət İsmayılovun saat 22:00 radələrində Azadlıq metrosundan çıxarkən polislər tərəfindən saxlanıldığı və polis idarəsinə aparıldığı bildirilib. Məlumatın yayılmasından bir neçə saat sonra fəal hadisəyə aydınlıq gətirib. O, polis tərəfindən saxlanıldığını, zorakılığa məruz qaldığını, döyüldükdən sonra sərbəst buraxıldığını bildirib. Fəal üzündə zorakılıq izləri olan fotosunu sosial şəbəkədə paylaşıb.[:]