104
[:az]Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər. Universitetin hər iki korpusunda çalışan tələbələr boykot edərək həyətə toplaşıblar. Bu barədə Meydan TV-yə universitetin tələbələri məlumat veriblər. Onların sözlərinə görə, aksiyaya səbəb dərsə tam hazırkən müəllimlərin tələbələrin qiymətini kəsməsidir.
“Bir sıra dəyişikliklər edərək tələbələrin imtahana giriş balını yığmasını demək olar ki, mümkünsüz ediblər. Davamiyyət balının və sərbəst işlərin ləğvi semestr imtahanından keçməyi imkansızlaşdırıb. Bunu müəllimlərin haqsızlığı kimi qiymətləndiririk,”- deyə tələbələr bildiriblər.
Meydan TV məsələyə Lənkəran Dövlət Universitetindən münasibət öyrənə bilməyib.[:]