[:en]Religious activist alleges police torture[:az]’Videomüraciətə görə ‘bandotdel’də 5-6 nəfər məni döyürdü…'[:]

tərəfindən Gozetci

[:en]Today the Baku Court of Appeal considered the complaint of Bakhtiyar Bagirov, an activist of the Muslim Unity Movement, who was administratively arrested for 15 days.

Although people in civilian clothes arrested him on February 6, the 11th was officially dated. On the same day, the Narimanov District Court of Baku sentenced him to 15 days of administrative arrest on charges of disorderly conduct.

At today’s trial, he said that he and a friend were sitting in a teahouse when an unknown person called him, saying that he had been sent by religious activist Ahsan Nuruzade, who is serving his sentence in jail N 6. “He asked for a meeting. We met near the “Araz Market”, but there they detained me, put me in a car and took me to the “bandit department” – the Main Directorate for Combating Organized Crime of the Ministry of Internal Affairs. ” According to Bagirov, he was held there for six days.

It was said at the trial that Bagirov was obscenely expressed on the street, for which he was detained.

According to Bagirov, he was kidnapped in front of his friend Fikrem Mammadov, who informed 102 Ministry of Internal Affairs and the Ombudsman”s office about the incident. For 6 days, no information was provided to relatives about the fate of Bagirov. The media also wrote about the disappearance of Bagirov.

Lawyer Javad Javadov petitioned for the interrogation in court of a friend of the arrested F. Mammadov, viewing records from the “Araz Market” video cameras and other objects located around. However, the petitions were not granted.

Bagirov himself said that he was detained five days before the trial and one day after the trial in the Chief Department to Fight Organized Criminality. The reason for his arrest was the name given to his publications about torture in places of detention in social networks. Because of my video message, 5-6 people beat me,” said Bagirov.

Judge Hasan Ahmedov rejected the complaint after a short meeting.

Turan[:az]«Məsciddə namazdan çıxıb, dostumla çay evində oturmuşduq. Zəng gəldi ki, 6-cı kolondan Əhsən Nuruzadənin yanından gəlmişik, səninlə görüşməliyik, gəl, «Araz market»in yanına. Orada məni maşına basıb «bandotdel»ə apardılar. Altı gün o idarədə saxlandım. Birinci gün çox pis döydülər», – inanclı fəal Bəxtiyar Bağırov fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

Onun fevralın 6-da mülkigeyimli 4-5 nəfər tərəfindən tutulub naməlum istiqamətdə aparılması barədə məlumatlar yayılmışdı. Yaxınları sonrakı altı gün ərzində onun yeri haqda heç bir xəbər ala bilmədiklərini deyirdilər. Sonradan məlum oldu ki, fəala Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə 15 gün inzibati həbs cəzası verilib. O, metronun «Gənclik» stansiyasının yaxınlığında xırda xuliqanlıq etməkdə – İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib. Xuliqanlıq əməlinin nədən ibarət olmasına gəlincə, qərarda yazılıb ki, B.Bağırov küçədə söyüş söyüb. Həmin vaxt o ərazidə əməliyyat keçirən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının iradlarına məhəl qoymayıb, xuliqanlığını davam etdirib.

B.Bağırovun həbs qərarından verilmiş apellyasiya şikayətinə fevralın 22-də baxılarkən onun özü də, vəkili də deyib ki, ümumiyyətlə, belə hadisə olmayıb. Vəkil bildirib ki, B.Bağırov fevralın 6-da dostu Fikrət Məmmədovun yanından oğurlanıb.

«Fikrət Məmmədov dərhal Daxili İşlər Nazirliyinin «102» xidmətinə xəbər verib ki, dostunu maşına qoyub zorla apardılar. Nəticə olmayıb. Ombudsman Aparatına məlumat verilib. Bu adamın yeri barədə altı gün heç bir məlumat verilməyib. Mediada da bunu təsdiqləyən yazılar gedib», – vəkil Cavad Cavadov bildirib.

Müdafiəçi B.Bağırovun yanında olmuş dostu F.Məmmədovun dindirilməsi, «Araz market»in özünün və ətrafdakı obyektlərin kamera görüntülərinin alınması barədə vəsatətlər qaldırıb. Heç biri təmin olunmayıb.

B.Bağırov özü də deyib ki, o, faktiki oğurlanıb və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalıb: «Məni beş gün məhkəməyə qədər, bir gün də məhkəmədən sonra orada saxladılar, sonra təcridxanaya köçürdülər. Tutulmağımın səbəbi zindanlardakı işgəncələr haqda sosial şəbəkələrdə yazmağım, buna etiraz etməyimdir. Videomüraciətimə görə beş-altı nəfər üstümə tökülüb döyürdülər. Azərbaycanda zindanda saxlanılan adamlara işgəncə verilir, buna son qoyulmalıdır, bunu yazmışam».

Hakim Həsən Əhmədov qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin edilmədiyini bildirib.

2017-ci ildə həbs edilən Ə.Nuruzadə narkotikdə ittiham edilib. O, ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Ə.Nuruzadə «Müsəlman Birliyi» Hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında 120 civarında siyasi məhbus olduğunu bildirir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az