[:az]Ombudsmanın nümayəndələri İkram Həsənova baş çəkiblər[:]

tərəfindən Gozetci

[:az]Ombudsman Aparatının əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına baş çəkiblər. Bu barədə Ombudsman Aparatının məlumatında bildirilir.

Onlar saxlanma şəraiti, qidalanma, tibbi yardım, dustaqlarla rəftar, onların hüquqlarının təmin olunmasının vəziyyəti ilə tanış olublar. Bəzi şəxslərlə təkbətək görüşlər keçirilib, onlara hüquqi məsləhətlər verilib.

Onların arasında realliq.info saytının redaktoru İkram Rəhimov da olub. Bəzi məlumatlara görə, o, aclıq edir. Lakin İ.Rəhimov aclıq etmədiyini bildirib, məlumatda deyilir. Başçəkmənin yekunlarına əsasən təcridxana rəhbərliyilə müzakirələr aparılıb.

Xatırladaq ki, fevralın 14-də İ.Rəhimovun doğmaları bildiriblər ki, o, cinayət işinin saxtalaşdırılmasına etiraz olaraq 4-cü gündür ki, aclıq edir.

*İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib. Həbsdən öncə İ.Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq İkram Rəhimovu siyasi məhbus kimi tanıyıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az