[:az]AİHM Azərbaycanla bağlı qərarını elan edəcək[:]

tərəfindən Gozetci

[:az]AvropA İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar elan edəcək. Bu haqda media eksperti, hüquqşünas Xalid Ağalı öz facebook səhifəsində yazıb:

“Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  fevralın 21-də Media Hüququ İnstitutunun göndərdiyi şikayətlərdən biri üzrə qərarını elan edəcək. 2009-cu ildə həbsxana xəstəxanasında vəfat etmiş 68 yaşlı jurnalist Novruzəli Məmmədovun işi üzrə şikayətdən gedir. Həmin vaxt jurnalist 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu şikayət Konvensiyanın 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozuntusu iddiaları ilə bağlıdır.

Fevralın 21-də AİHM Azərbaycanla bağlı daha 2 qərarını elan edəcək. Qərarlardan biri vətəndaş Natella İsayevanın şikayəti ilə bağlı olacaq. Gürcüstandan olan şikayətçi Azərbaycanda onun şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğunu iddia edir.

Əli Məmmədov Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Ə.Məmmədov oğlunun orduda ölümündən şikayət etmişdi. 1989-cu ildə doğulan Məmmədov 2010-cu ilin iyulun 7-də xidmətə aparılıb. Bir neçə gün sonra – iyulun 14-də atasına onun vəfat etdiyini xəbər veriblər. Ölüm olayı ilə bağlı cinayət işi açılıb. İşin materiallarına görə, onun üzərində xəsarət izləri olub, işə daxil olan fotodan da görünüb ki, onun qulaq nahiyəsi ətrafında xəsarət əlamətləri var. Ancaq ekspert rəyinə görə ölüm olayı tənəffüsdəki problemlərdən baş verib, xəsarətlərlə əlaqəli olmayıb. Ərizəçi AİHM-ə şikayətində yaşamaq hüququnun (Konvensiyanın 2-ci maddəsi) pozuntusunu mübahisələndirib. Məhkəmə həmin maddənin pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət ərizəçiyə 15 min euro təzminat ödəməlidir. “[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az