[:az]Ali Məhkəmə ”Nardaran işi-3” üzrə qərar verdi[:]

tərəfindən Gozetci

[:az]Yanvarın 9-da Ali Məhkəmədə “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, təşkilatın İdarə Heyətinin üzvlərindən Nahid Qəhrəmanov və daha 10 nəfərin kassasiya şikayətinə baxılıb.

Nardaran hadisələrinə görə həbs olunanların işi məhkəməyə göndərilərkən bir neçə yerə ayrıldı. Ona görə də bu 12 nəfərin işi şərti olaraq, “Nardaran işi-3” adlandırılır.

Təqsirləndirilən şəxslərdən yalnız biri – İsa İbrahimov (Lənkərani) məhkəmədə iştirak edib. O da çıxışında Ali Məhkəmədən bəraət istəyib. O, heç bir günahı olmadığını, dördüncü ildir ki, nahaqdan həbsdə saxlandığını bildirib. Deyib ki, təkcə özü və onunla birlikdə mühakimə olunan şəxslərə qarşı ittihamların hamısı saxtadır. İ.İbrahimov onu da qeyd edib ki, Nardaran əməliyyatı keçiriləndə, o, ölkədən kənarda olub. Ölkəyə qayıdarkən saxlanıb.

Digər təqsirləndirilən şəxslərin vəkilləri kassasiya şikayətlərini müdafiə edərək bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə araşdırma obyektiv və ədalətli olmayıb. Müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb, məhkəmə təqsirləndirilən şəxslərin günahsızlığını təsdiqləyən sübutların araşdırılmasına maraq göstərməyib. Polislərin ifadələrində çoxsaylı ziddiyyətlər olsa da, məhkəmə onları sübut kimi qəbul edərək, təqsirləndirilən şəxslər haqqında ittiham hökmü çıxarıb.
Vəkillər təqsirləndirilən şəxslərin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından, təqsirləndirilən şəxslərin evlərindən tapıldığı iddia olunan silahların ora elə axtarışı aparanların özləri tərəfindən atılmasına dair şübhələrdən də danışıblar.

Vəkillərdən sonra dövlət ittihamçısı çıxış edərək, kassasiya şikayətlərinin təmin olunmamasını, hökmün dəyişdirilməməsini xahiş edib.

Hakimlər də şikayətləri təmin etməyib.

Vəkillər Meydan TV-yə bildirib ki, Ali Məhkəmənin qərarından altı ay ərzində Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

“Nardaran işi-3” üzrə təqsirləndirilən şəxslərə 28 dekabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Təqsirləndirilən şəxslər – Elçin Qasımov və Ağəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Fərhad Muradov və Vüsal Alış 12 il 6 ay, Seymur Aslanov, Əmirəli Əliyev, Əli Şahbazov və Ramil Əliyev isə 12 il 3 ay azadlıqdan məhrum edilib.
Onlar ittihamları rədd edir, özlərini təqsirli bilmirlər.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az