[:az]Vicdan məhbusu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayilova həbsxanadakı vəziyyətlə bağlı öz Facebook səhifəsində yazıb: “İndilərdə Rəşad Ramazanov zəng etmişdi. Həbsxanada vəziyyət olduqca pisdir. İsti hava şəraitini nəzərə almadan məhkumlara corab və bağlı ayaqqabı geyinməyə məcbur edirlər”.
Həyat yoldaşı Rəşad Ramazanova yeni təzyiqlərin başlandığını da qeyd edib. “Belə ki, rəis müavini Şakir Qəniyev həftədə ən azı bir dəfə Rəşadı səbəbsiz yerə karsa saldırır və ac-susuz buraxır. Bundan daha təhlükəlisi isə odur ki, Rəşadın adını ən təhlükəli məhkumların və psixi çatışmazlığı olan məhkumların siyahısına salıblar”.
Könül İsmayılova həyat yoldaşına olan təzyiqlərin ictimailəşməsini xahiş edir: “Hörmətli vətəndaş cəmiyyəti nümayəndələri, media mənsubları! Sizlərin də bu məsələni ictimailəşdirməyini xahiş edirəm. Görünən odur ki, bu hakimiyyət Rəşad və onun kimi digər vicdan məhbuslarını azad etmək fikrində deyil. Onlara verilmiş bu qanunsuz hökmlərin bitməsinə az vaxt qaldıqca bu rejim yeni bəhanələrə əl atmaqdadır. İndi biz nə edək? Kimə kimdən şikayət edək?”[:]