[:az]REAL partiyasının məclis üzvü Azər Qasımlı bu gün azadlığa çıxıb.[:]

tərəfindən Gozetci

[:az]Mayın 28-də Bakının mərkəzində AXC-nin 100 illiyinə həsr olunmuş yürüşdə iştirak etdiyinə görə 30 gün müddətinə həbs edilmiş REAL partiyasının məclis üzvü Azər Qasımlı bu gün azadlığa çıxıb.

“Məni hansısa hüquqpozmaya görə deyil, siyasi fəaliyyətimə görə 30 günlük inzibati həbsə məruz qoydular”, deyə Qasımlı bildirib.

Onun sözlərinə görə, mayın 29-da Baş Prokurorluqdan ona zəng ediblər və bildiriblər ki, baş prokurorun birinci müavini Rüstəm Usubov onu dəvət edir. Amma onunla mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söhbət edib. O, şəhər administrasiyası ilə razılaşdırmadan yürüş keçirilməsini qanun pozuntusu kimi qiymətləndirib.

REAL başqa tarixlərdə – Xocalı Soyqırımı günü və s. də bu cür tədbirlər keçirib və rəsmi qurumlardan icazə tələb etməyiblər.

Baş Prokurorluqda Qasımlıya bir daha qanunun tələblərini pozmamaq xəbərdarlığı edilib. Bundan sonra o, Yasamal rayon 26-cı polis bölməsinə çağırılıb, burada onu polisə tabe olmamaqda ittiham ediblər və məhkəməyə aparıblar.

“Maraqlıdır ki, mənə qarşı yalançı şahidlik edən polis əməkdaşları məhkəmədə polisə tabe olmama faktını təsdiq etməyiblər. Bununla belə, məhkəmə mənə 30 gün həbs cəzası verib”, deyə Qasımlı bildirib.

Qeyd edək ki, Qasımlıdan başqa daha 6 REAL fəalı 10 gündən 30 günədək həbs cəzasına məhkum edilib. Onlarla fəal polisə çağırılıb.
Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az