[:az]Anar Məmmədlinin mükafatının mənimsənilməsi ilə bağlı məhkəmə iddiası[:]

tərəfindən Gozetci

[:az]Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli 2014-cü ilin sentyabrında AŞPA-nın 60 min avro məbləğində Vatslav Havel mükafatını indiyədək almayıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

Həmin müddətdə o, uydurma cinayət işi ilə əlaqədar həbsdə olub. Mükafat təqdim ediləndə onun bir çox həmkarları, o cümlədən müavini Bəşhir Süleymanlı həbsdə olub. Belə bir şəraitdə keçmiş iş yoldaşı Nahid İsmayılov vəziyyətdən istifadə edərək A.Məmmədlinin atasının məlumatsızlığı və etibarından sui-istifadə edərək bildirib ki, guya AŞPA-dan ayrılan maliyyə vəsaitini qəbul etməyi tələb edirlər. O, vəsaitin Bakıya köçürülməsinin təhlükəli olduğunu deyərək Almaniyada yerləşən bank hesabına köçürülməsinə nail olur və sonra mənimsəyir.

A.Məmmədli azadlığa çıxdıqdan sonra 2017-ci ilin martında N.İsmayılov pulları qaytarmaqdan intina edib, sonra is xərclədiyini etiraf edib. Söz verib ki, sentyabra kimi qaytaracaq.

Pullar qaytarılmadığına görə A.Məmmədli Səbayel Rayon Məhkəməsində iddia qaldırıb. Ancaq indiyədək N.İsmayılov bir dəfə də olsun məhkəmə iclaslarına gəlməyib.

A.Məmmədli güman edir ki, məhkəmə onun siyasi mövqeyi ilə əlaqədar qərarı bilərəkdən yubadır.

“Ancaq məsələnin maddi tərəfindən çox, mənəvi tərəfi məni üzdüyü üçün məhkəmənin bu barədə qərar verməsi üçün sonadək mübarizə aparacam”, – o vurğulayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az