[:az]Təkbaşına aksiya keçirən şəxs təzyiqlə üzləşdiyini deyir[:]

tərəfindən Gozetci

[:az]Şəki sakini Rasim İsaqov aprelin 11-də keçiriləcək seçkilərə etiraz etdiyi üçün təzyiqlərə məruz qaldığını deyir. Bu barədə Meydan TV-yə danışan Rasim İsaqov bildirib ki, o, həm də seçkidə müşahidəçi kimi iştirak etmək istəyir:

“Bütün bunlara görə də təzyiqlərə məruz qalıram. Məsələn, aprelin 9-da Kiş 1 saylı kənd tam orta məktəbinin qarşısında 20 dəqiqə piket keçirdim. Aksiyada seçkinin ədalətsiz, qeyri-şəffaflığına etiraz edirdim. Şüarım “Saxtakarlar zəlil olsun, Azərbaycan yaşasın” idi. Məktəbin direktor müavini, seçki komissiyasının sədri və polis məni oradan kənarlaşdırdılar”.

R.İsaqov deyir ki, bundan sonra polis ondan əl çəkmir:

“İdarəyə çağırdılar, getmədim, dedim, zəhmət çəkib çağırış vərəqəsi göndərsinlər. Onlara da bunu etmək sərf etmir axı. Göndərmədilər, getmədim. Dünəndən bəri neçə dəfə zəng edib, xəbərdarlıq ediblər ki, özünü yaxşı apar. Bu gün yenə zəng edib, xəbərdarlıq etdilər. Dedilər, qanunsuzluq etmə. Mən də cavab verdim ki, qanunsuzluq edən təpəsindən vurulsun. Sabah seçkidə müşahidəçi kimi iştirak etmək istəyirdim. Vəsiqəm də var. İndi əmin deyiləm, iştirak edəcəm, ya yox. Qardaşlarım vasitəsilə mənə təzyiq edirlər, ailəmlə şantaj edir, həbslə hədələyirlər. Deyirlər, qardaşına 3 il iş kəsərik. Sual vermək istəyirəm: Mən qanunsuz nə edirəm ki? Saxta bildiyim seçkiyə etiraz edirəm, bu, mənim hüququmdur. İndi düşünürəm ki, sabah seçkidə müşahidəçi olummu? Fikirləşirəm, bilmirəm nə edim”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Şəki rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Ümumi şöbədən bu barədə məlumatlı olmadıqlarını bildiriblər:

“İş vaxtı bitib. Rəis burada deyil. Ancaq onu deyim ki, polis vətəndaşlara təzyiq göstərmir. Aksiyadan da, aksiya keçirdiyini dediyiniz şəxsdən də məlumatsızıq. Araşdırıb bir söz deyərik”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az