[:az]Jurnalist nazirin fotosunu çəkdiyi üçün döyüldüyünü deyir[:]

tərəfindən Gozetci

[:az]Səhiyyə naziri Oqtay Şirəliyevin işçilərinin jurnalisti döydüyü bildirilir. unikal.org saytının əməkdaşı Famil Fərhadoğlu aprelin 9-da çəkiliş apararkən döyüldüyünü deyir.

Jurnalist bu barədə sosial mediada paylaşım da edib.

Deyir, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində olub. O, mərasimi lentə alan zaman nazirin işçilərinin hücumuna məruz qaldığını söyləyir:

“Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevin telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun-görün kimdir. Bu zaman orta yaşlı oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdi. Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə maneə olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər”.

Jurnalist bildirir ki, telefonda olan nömrəsini və yaddaş kartını güclə çıxara bilib:

“Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırdsınlar”.

unikal.org saytı isə yazır ki, Famil Fərhadoğlu üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb (http://www.unikal.org/w178588.html).

Aprelin 8-də Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib (https://www.meydan.tv/az/site/news/28164/). O, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974-ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

Dövri mətbuatın “Əli İnsanovun yadigarı” kimi təqdim etdiyi A.Vəlibəyovun nəzarətində əsasən kadr islahatları, nazirliyin keçirdiyi tenderlərin olduğu vurğulanırdı (http://gundeminfo.az/manset/15631-abbas-velibeyov-haqqinda-shok-iddialar.html).[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az